Şirkət haqqında

CEM Group MMC şirkəti mətbəx əşyalarının Azərbaycan Respublikasında distrubusiyası ilə məşğul olur. Ölkəyə ümumilikdə idxal olunan mətbəx əşyalarının (qazan-tava) 65-70 %-ni CEM Group MMC-nin idxal məhsulları təşkil edir. Şirkət 2005 -ci  ildə İsra MMC adı altında fəaliyyətə  başlayıb, 2008-ci ilədək olan dövrdə yalnız  bir  fabriklə (CEM BİALETTİ)  əməkdaşlıq edib. 2008 ci ildə şirkət   DEFİNE MMC adı altında  fəaliyyətini davam etdirib  və  həmin dövrdə daha iki fabrik ilə tərəfdaşlıq müqaviləsi imzalamışdır. 2016 ci  ilin aprel ayından  etibarən şirkət  CEM GROUP MMC adı altında fəaliyyət  göstərir və bu  gün  etibarı ilə əməkdaşlıq etdiyi  fabriklərin sayı  9-dur. Şirkət daim artan qrafik üzrə öz kateqoriyasında rəsmi fəaliyyətini bütün respublika ərazisində genişləndirmişdir. Çalışdığı müştərilərin 80 % - ilə ekskuliziv şərtlərlə imzalanmış müqavilə əsasında əməkdaşlıq edir (yəni: müştərilərin bu  kateqoriyada olan rəflərinin 100% CEM GROUP MMC tərəfindən təmin olunur).

01.10.2018 tarixi etibari ilə şirkət 1220 satıs nöqtəsi və 160-dan çox müştəri bazasına  malikdir.

CEM GROUP MMC tərkibi 17 nəfərlik işçi heyyətindən ibarətdir və şirkətin yeganə səhmdarı olaraq 100% səhmlər Cəfərov Osmana məxsusdur.